QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan Qarabağdakı döyüşlərdən danışdı: "İndi nəticə əldə etmək zamanıdır

Tramp, Putin və Makronla görüşdük, amma nəticə yoxdur. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına dönəcəyi günü həsrətlə gözləyirlər
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Türkiyə olaraq, özümüzü "iki dövlət, tək millət" olaraq gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün qəlbimizlə dəstəkləməyə davam edəcəyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından çıxmasından keçir:

"Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmə məsələsində yanlarında olduğumuzu bir daha qeyd edirəm. Xüsusilə Minsk üçlüyü deyilən ABŞ, Fransa və Rusiya 30 ildir bu problemi gözardı etdikləri üçün bu günlərə yansıyan bu vəziyyətlə bağlı atəşkəs çağırışı etmələri hər şeydən öncə qəbuledilməzdir. Bir şeymi istənilir, onda işğalçıların bu torpaqlardan çıxmaları lazımdır ki, burada bir nəticə əldə olunsun.

Tramp, Putin və Makronla görüşdük, amma nəticə yoxdur. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına dönəcəyi günü həsrətlə gözləyir. Ona heç kim yanaşmır. Ancaq oturdular, danışdılar, amma heç bir nəticə yoxdur. İndi də nəticə əldə etmək zamanıdır. Azərbaycanlı qardaşlarımız indi öz göbəyini kəsməyin addımlarını atırlar".