CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 9 şagirddə koronavirus aşkarlandı

Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub. Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 22 olub
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 30-da 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb. Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub. Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 22 olub.