İQTİSADİYYAT

Bankların dollara tələbi artıb

29 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 62,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 62,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1% və ya 0,6 mln. dollar artıb.

Qeyd edək ki, 29 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 62,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.