QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan İsrailə arxa çevirdi – Azərbaycana görə

Nağdalyan bildirib ki, İsraildən Türkiyənin dəstək göstərdiyi Azərbaycana ən müasir silahın çatdırılması Ermənistan üçün qəbuledilməzdir
Sputnik

BAKI, 1 oktyabr - Sputnik. Ermənistan İsraildəki səfirini geri çağırır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb İsrailin Azərbaycana silah tədarük etməsinə görə məsləhətləşmələrin aparılması göstərilib.

Məlumatı Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan brifinqdə açıqlayıb.

Nağdalyan bildirib ki, İsraildən Türkiyənin dəstək göstərdiyi Azərbaycana ən müasir silahın çatdırılması Ermənistan üçün qəbuledilməzdir. Bunları nəzərə alaraq, Ermənistan XİN İsraildəki səfiri məsləhətləşmələr üçün geri çağırıb.

Nağdalyan Azərbaycanı “təcavüzkar” adlandıraraq şər atmaqdan da çəkinməyib.