QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdərədə Ermənistan taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd "OSA-AKM" zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 "Uraqan" yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 4 ədəd "D-20" haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.