SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yunan nazir Ermənistana gedir: Qarabağı müzakirə edəcək

Dendias ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı Dağlıq Qarabağdakı vəziyyətin regional sabitliyə ciddi təsir etdiyini qeyd edib.
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Ermənistan paytaxtı Yerevana gedəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

ATƏT-in Baş Katibliyinə göndərdiyi məktubunda Dendias təşkilatın Daimi Şurasının dərhal çağırılmasına və Qarabağdakı vəziyyəti müzakirə etməyə çağırıb.

Qeyd edək ki, Dendias ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı Dağlıq Qarabağdakı vəziyyətin regional sabitliyə ciddi təsir etdiyini qeyd edib.