QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyədə avtobuslarda "Tək millət, iki dövlət" şüarı əks olunub

BNA: Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiririk"
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. "Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları? eləcə də "Tək millət iki dövlət" şüarı əks olunub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat Agentliyi məlumat yayıb.

"Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiririk", - deyə BNA bəyan edib.