BAKI, 30 sentyabr — Sputnik. "Uşaq bağçaları 15 sentyabrdan Bakı, Sumqayıt, Abşeron istisna olmaqla, fəaliyyətini bərpa edib. 1 oktyabrdan bu yerlərdə də bağçalar fəaliyyətini bərpa edəcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev brifinqdə jurnbalistlərə bildirib.
Onun sözlərinə görə, uşaq bağçalarında distant qayğı ola bilməz. Burada tədris həftədə 2 dəfə yox, 5 gün təşkil ediləcək. Bu, qrupdakı uşaqların sayından asılı olaraq həftədə 2 və ya 3 dəfə olacaq.