CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"

"Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür"
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. “Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər tamamilə yalandır, cəfəngiyyatdır”.

Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır: “Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, bu gün Ermənistan KİV Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbər yayıb. Xəbəri Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun qətiyyətlə təkzib ediblər