BAKI, 29 sentyabr — Sputnik. Tərtər rayonunun Qapanlı kəndində İTV-nin avtomobili ermənilərin hücumuna məruz qalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumat İTV-nin "Facebook" səhifəsində paylaşılıb. Məlumata görə, hazırda İTV-nin maşını yanır.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Dünən Ermənistan silahlı qüvvələri Azərbaycana məxsus təcili və təxirəsalınmaz tibbi yardım avtomobilini də atəşə tutublar.