Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 29 sentyabr - Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tərtər, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy və Daşkəsən rayonlarını atəşə tutur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva qeyd edib.
"Bu zamana olan ən son məlumata görə, mülki əhali arasında 10 nəfər ölüb, 30 nəfər yaralanıb. Təəssüflər olsun ki, həlak olan vətəndaşlarımız arasında 13 və 14 yaşlı şəxslər var", - deyə Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, bu faktlar Ermənistanın törətdiyi hərbi cinayət faktlarıdır: "Bu hadisələrlə bağlı 5 cinayət işi başladılıb. Biz beynəlxalq birliyi Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hərbi cinayəti qınamağa çağırırıq".