SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağ məsələsində adı hallanan Livan BMT-yə müraciət etdi

Bu ölkənin xarici işlər nazirliyindən verilən yazılı açıqlamada Ermənistanla Azərbaycan arasında alovlanan hərbi gərginlikdən narahatlıq duyulduğu bildirilib
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. Livan Ermənistanla Azərbaycan arasındakı gərginliyin diplomatik yollarla həllinə çağırış edib.

Bu ölkənin xarici işlər nazirliyindən verilən yazılı açıqlamada Ermənistanla Azərbaycan arasında alovlanan hərbi gərginlikdən narahatlıq duyulduğu bildirilib.

Livanın ölkələrin daxili işlərinə müdaxilə etməmə yönümündəki dəyişməz mövqeyinin bir daha vurğulandığı və Dağlıq Qarabağ məsələsinin diplomatik yollarla yoluna qoyulması çağrışı edildiyi açıqlamada bunlar qeyd edilib: "Livan BMT Baş katibi Antonio Quterreşin tərəfləri gərginliyi azaltmağa dəvət edən çağrışına qatılmaqdan əlavə, sülh yolu ilə tənzimləmə cəhdlərini dəstəkləyir və bu məsələdə Avropa Birliyinin səylərini də məmnuniyyətlə qarşılayır".

Qeyd edək ki, Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, son günlər sosial şəbəkələrdə təcavüzkar ölkə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video-görüntülər yayılıb. Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb.