Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.
Sputnik

BAKI, 29 sentyabr - Sputnik. Ermənistan növbəti provokasiyaya əl atıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.