QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyənin parlament partiyaları bəyanat yaydı: Azərbaycanın yanında olmağa davam edəcəyik

Türkiyənin parlament partiyaları birgə bəyanat yaydı: "Ermənistan sadəcə bölgədə sülhün qarşısında olduğunu göstərib. Beynəlxalq ictimaiyyəti Azərbaycanın yanında durmağa çağırırıq".
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 5 siyasi partiyadan 4-ü - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı birgə bəyanat yayıb.

Sputnik Türkiyə-nin məlumatına görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı hücumları pislənilib:

"Ermənistanın hücumlarını ən güclü şəkildə qınayırıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistan sadəcə bölgədə sülhün qarşısında olduğunu göstərib. Beynəlxalq ictimaiyyəti Azərbaycanın yanında durmağa çağırırıq".

Qeyd edək ki, Xalqların Demokrat Partiyası (HDP) bəyanatı imzalamayıb.