RUSİYA

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Ermənistan-Azərbaycan münaqişəsindən danışdı

"Biz görürük ki, bu məsələni yalnız siyasi-diplomatik metodlardan istifadə yolu ilə həll etmək mümkündür və Rusiya hər şəkildə sülhə nail olmağa çalışacaq", – Narışkin bildirib.
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan və Azərbaycan arasında münaqişənin eskalasiyası təəssüf doğurur, bunu yalnız siyasi-diplomatik yolla həll etmək olar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin Direktoru Sergey Narışkin bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada deyib.

"Ermənistan və Azərbaycan arasında münaqişənin eskalasiyası şübhəsiz ki, təəssüf doğurur. Təəssüflər olsun ki, qurbanlar var, tərəflər ağır silahlar da tətbiq edirlər. Biz görürük ki, bu məsələni yalnız siyasi-diplomatik metodlardan istifadə yolu ilə həll etmək mümkündür və Rusiya hər şəkildə sülhə nail olmağa çalışacaq", – o bildirib.