BAKI, 28 sentyabr — Sputnik. Oktyabrın 3-ü saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin müddətinin noyabrın 2-dək uzadılması barədə qərar qəbul edib.