BAKI, 27 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
"Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, səhər saatlarından etibarən Azərbaycan ərazisində sosial şəbəkələrin işində problem yaranıb.