CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusunun mərmi atəşi nəticəsində Ağdamda mülki şəxs yaralanıb

Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində aşdığı atəş nəticəsində mülki şəxs yaralanıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.

O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.