MƏDƏNİYYƏT

Bloger Hüseyn Həsənov yeni şousunu gizli saxlayır - deyirlər, qız axtaracaq

Məşhur şounun tamaşaçıları əmindirlər ki, verilişin növbəti “Subay”ı populyar bloger Hüseyn Həsənov olacaq.
Sputnik

BAKI, 26 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın məşhur Azərbaycan əsilli blogeri Hüseyn Həsənov “Subay” ("Холостяк") realiti-şousunun növbəti qəhrəmanı ola biləcəyinə eyham vurub.

Sputnik Azərbaycan bildirir ki, sosial şəbəkədəki heasabında bloger televiziya şousunda iştirak edəcəyi barədə videoçarx paylaşıb. O, proqramın adını çəkməsə də “Subay” şousunun diqqətli izləyiciləri bu çarxın məhz həmin verilişin reklamını xatırlatdığını deyiblər.   

Qeyd edək ki, sentyabrın əvvəlində ТНТ telekanalı “Subay” şousunun səkkizinci mövsümü üçün kastinq elan etmişdi.

“Subay” – romantik realiti-şoudur. 25 iştirakçı qızla yaxından tanış olmaq üçün əsas qəhrəman onlara görüş təyin edir. Layihənin qaydalarına görə, hər epizoddan sonra qızların sayı azalır – Qızılgül mərasimində Subay məhz tanışlığı davam etdirmək istədiyi qızlara gül verir. Finalda bir neçə qız qalır, əvvəlcə Subay onların valideynləri ilə, onlar isə Subayın valideynləri ilə görüşürlər. Son epizodda Subay yalnız bir qızı seçərək fikrinin ciddi olduğunu bildirmək üçün üzük hədiyyə edə bilər.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub, böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir. Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 14.4 milyon izləyicisi var.