BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın Xarkov vilayətində Ан-26 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzada 22 nəfərin öldüyü, 2-nin sağ qaldığı bildirilir. 4 nəfərin taleyindən xəbər yoxdur.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 18-i kursant, beşi isə ekipaj üzvü olub.
“Bu axşam Xarkov vilayətində Ukrayna SQ-yə məxsus Ан-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə eniş zamanı qəzaya düşüb. Ekipaj üzvlərindən başqa, göyərtədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin Xarkov Universitetinin kursantları da olub. Yaralı və həlak olanlar var, məlumat dəqiqləşdirilir”, - komandanlıq Facebook-da məlumat yayıb.
Xarkov vilayət başçısı Aleksey Kuçer bildirib ki, qəzadan sağ çıxanlar da var.
İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.
057.ua nəşri yazır ki, təyyarə təlim uçuşunda imiş.
Hadisə yerində xilasedicilər işləyirlər.