CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: "Qəbul imtahanlarında yumşalmaların olması arzu olunan idi"

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi
Sputnik

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar OrucovSputnik Azərbaycan-a deyir ki, builki qəbul imtahanları qeyri-ənənəvi dövrə təsadüf etdi:

“Pandemiyanın davam etməsi səbəbindən imtahanları taleyi ilə bağlı narahatlıqlar var idi. Amma DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi. Düşünürəm ki, pandemiyanın insanlarda yaratdığı gərginliklə bağlı olaraq yumşalmaların olması arzu olunan idi, ancaq DİM bunu etmədi”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz