CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şagirdlər arasında koronavirusa yoluxma sayı açıqlandı

Hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 94 nəfər təşkil edib, bu cür işçi sayı isə cəmi 2 nəfər olub
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Təhsil Nazirliyi Azərbaycanda şagirdlər arasında 24 sentyabr tarixinə koronavirusa yoluxma statistikasını açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, virusa yoluxma sayı 19 şagird təşkil edib. Virusa yoluxmuş işçi heyyətinin sayı isə 3 nəfər olub. Hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 94 nəfər təşkil edib. Hərarəti 37 dərəcədən yuxarı olan işçi sayı isə cəmi 2 nəfər olub.