SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Əli Həsənovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev təhsilin inkişafındakı xidmətlərinə görə Əli Həsənova Prezident təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Sputnik Azərbaycan prezident.az saytına istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, professor Əli Həsənov UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiridir. 150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə də təltif olunub.