RUSİYA

Koronavirus can almaqda davam edir: Bir gündə yüzdən çox adam təkcə Rusiyada ölüb

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 6595 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 149 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,7 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.