CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"BakuBus" avtobusu qəzaya uğradı - VİDEO

Qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. “BakuBus” avtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə baku.ws məlumat yayıb.

Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais AğayevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.