CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maska və ara məsafəsiz olmaz: Karantindən sonra Şəki bazarında vəziyyət nə yerdədir

Şəki şəhərindəki mərkəzi bazar dördgünlük karantindən sonra yenidən açılıb. Satışın necə getdiyini və təyin edilən qaydalara riayət edilib-edilmədiyini videomuzda izləyin.
Sputnik

Dünəndən Şəkinin mərkəzi bazarı alıcılar üçün açılıb. Ötən həftə onun ərazisində on üç nəfər COVID-19 infeksiyasına tutulmuşdu. Nazirlər Kabineti yanında Operativ Qərargah 18 sentyabrdan etibarən bazarın tamamilə bağlanması ilə bağlı qərar qəbul edib. Bazarın lokdaunu dörd gün davam edib və tam dezinfeksiya işlərindən sonra bazar yenidən alıcı və satıcılara öz qapısını açıb.

İndi burada ən əsas aksesuar maskadır – həm alıcı, həm satıcılar üçün. Piştaxta üzərində spirt, girişdə isə əhalinin hərarətini ölçən polis və sanitar xidməti durub. Alıcılar da bu cür tədbirləri alqışlayır və özlərini təhlükəsizlik hiss etdiklərini deyir. Əsası odur ki, vəziyyəti nəzarət altında saxlamağa davam etsinlər.