CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada qəza törətmiş Azərbaycan əsilli reper həbs edildi

Quliyev məhkəmədə təqsirini etiraf edib. Reper bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır.
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Rusiyada Taqansk Rayon Məhkəməsi Moskvanın mərkəzində yol-nəqliyyat qəzası törətmiş azərbaycanlı reper Elmin Quliyevi həbs edib.

Bu barədə Sputnik Azərbaycan “Report”-a istinadən xəbər verir.

Qeyd edilir ki, onun barəsində iki ay – noyabrın 21-ə kimi həbs qəti imkan tədbiri seçilib.

Quliyev məhkəmədə təqsirini etiraf edib. Reper bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə bu vəsatəti rədd edib.