CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Samanlıq, atlar və bir gözəl qadın: karantini belə dəyərləndirdi - FOTO

Müğənni Roza Zərgərli karantindən faydalanaraq onu fotolayihə ilə sonlandırmaq qərarına gəlib. O, dörd fərqli obraz yaradıb
Sputnik

BAKI, 23 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Roza Zərgərli yeni fotolarını təqdim edib. Müğənni Sputnik Azərbaycan-a bildirib ki, layihənin fotoqrafı Elmir Mikayılov olub.  

Fotosessiya qeyri-adi məkanda – at tövləsində baş tutub. Müğənni dörd fərqli obraz yaratmağa çalışıb.

“Karantini faydalı keçirdim, xeyli layihə fikirləşmişəm, yaxın vaxtlarda rerallaşdıracam. Bu günlərdə yeni mahnım və klipimi təqdim edəcəm”, - müğənni söyləyib.

Roza Zərgərli tək Azərbaycanda deyil, xaricdə də konsert proqramları ilə çıxış edir. O, Qafqaz Elm, mədəniyyət, biznes və təhsil İctimai Akademiyasının akademikidir.

Bu günlərdə avtobioqrafik “Sibir çiçəyi” romanını təqdim edib. Burada R.Zərgərli məhəbbət, nifrət, xəyanət və ölümdən bəhs edir. Kitabda müğənninin Azərbaycanın məşhur incəsənət xadimləri ilə yollarının kəsişməsindən söhbət açılır. Hazırda müğənni “Leylisiz Məcnun” adlı yeni kitabı üzərində çalışır.

Roza Zərgərlinin ilk nikahından qızı və iki övladlığa götürdüyü oğlu var.