CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub-Nazirlik

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün ölkə üzrə virusa yoluxan şagird sayı 10, işçi heyətinin sayı 7 olub.
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVİD-19 virusuna dair məlumat yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün ölkə üzrə virusa yoluxan şagird sayı 10, işçi heyətinin sayı 7 olub.

Bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı isə 36 nəfər təşkil edib. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 7 olub.