SƏHİYYƏ

Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır

Alimin sözlərinə görə, onun fərziyyəsi təsdiqlənərsə, insanlar denge peyvəndi sayəsində COVID-19 xəstəliyinə qarşı müəyyən bir immunitet də əldə edə biləcəklər.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı müəyyən immunitet yaranır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelisin hələ ki dərc edilməmiş araşdırmasına istinadən yazıb.

Alim aşkar edib ki, son illərdə denge qızdırmasının baş verdiyi bölgələrdə koronavirus daha aşağı sürətlə yayılır.

"Bu təəccüblü kəşf denge flavivirusu və SARS-CoV-2 serotipləri arasında qarşılıqlı immunoloji reaktivliyin olması imkanını artırır", – o qeyd edib.

Nikolelisin sözlərinə görə, onun fərziyyəsi təsdiqlənərsə, insanlar denge qızdırmasından peyvənd sayəsində COVID-19 xəstəliyinə qarşı müəyyən bir immunitet səviyyəsi də əldə edə biləcəklər.