RUSİYA

Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

Məlumata əsasən, qırıcının ekipajı uğurla katapulta edib, yerə endikdən sonra pilotlar əlaqəyə çıxıblar. Hazırda ekipaj müvafiq hava limanına təxliyə olunub.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Rusiyanın Tver vilayətində "Su-30" qırıcısı qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi məlumat yayıb.

"Sentyabrın iyirmi ikisi Tver vilayətində planlı təlim zamanı Qərb Hərbi Dairəsinin "Su-30" tipli təyyarəsi qəzaya uğrayıb", - deyə məlumatda bildirilir.

Məlumata əsasən, qırıcının ekipajı uğurla katapulta edib, yerə endikdən sonra pilotlar əlaqəyə çıxıblar. Hazırda ekipaj müvafiq hava limanına təxliyə olunub.