CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Salyanda küçədə yeni doğulmuş körpə tapılıb

Yeni doğulmuş körpə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Körpənin valideynlərinin müəyyən olunması istiqamətində araşdırmalara başlanılıb.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Bu gün saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədə yeni doğulmuş qız uşağı tapılıb.
Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.
Körpənin valideynlərinin müəyyən olunması istiqamətində araşdırmalar aparılır.
21.07.23, 11:22
Bakıda zibillikdən tapılmış körpənin son vəziyyəti açıqlandı
İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atan 10-15 günlük körpənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:
Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.
19.07.23, 13:55
Təbib ötən gün anası tərəfindən zibil konteynerinə atılan 10-15 günlük körpənin son durumu barədə məlumat yayıb.
"Hazırda körpənin vəziyyəti stabil olaraq qalır. Göbəyi hələ də düşməyib. Götürülən analizlərin cavabları müsbətdir. Əlavə analizlərin də götürülməsi nəzərdə tutulub", - TƏBİB məlumat verib.
Qurum xəbər verir ki, körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
18.07.23, 13:00
Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-in verdiyi məlumata görə, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır (APA).
***
Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.
Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.