CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı

İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik, kimin ətini yeyirik" kimi rəylər yazıblar. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini deyib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşovanın "İnstagram"da "show news" səhifəsində yazdığı şərh tənqid edilib. Sputnik Azərbaycan xəbər verir ki, səhifədə yerləşdirilən "Haberglobal TV"nin Azərbaycan-Ermənistan gərginliyi barədə hazırladığı süjetə müğənni şərh yazıb.

Dadaşovanın "Onsuz da bir-birinin ətini yeyən cəmiyyətə çevrilirik. İndi burada qoşub-düzülmüş dedi-qodu yazsaydız, bəh-bəhlə təhqir etmək üçün şərhlər ard-arda düzülərdi. Təhqir, alçaltma propaqandası, gəl, görəsən. Allah özü yaxşıları qorusun. Yaxşı insanların gözəl əməlləri sayəsində Azərbaycan bu sınaqdan da çıxar", - sözləri tənqidlə qarşılanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Show News (@show_news)

İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik, kimin ətini yeyirik" kimi rəylər yazıblar. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini deyib.

Tənqidlərə bir-bir reaksiya verən müğənni bunları yazıb:

"Sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm və tək mən yox! Əmim Məlik Dadaşovdan tutmuş, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyin Ərəblinski və bütöv ziyalı ailəmiz - hərəmiz öz sahəmizdə Azərbaycanımıza xidmət etmişik. Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya Azərbaycan xalqını sevirsən? Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?! Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir, bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl, yaxşı niyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır.

Hər şeydən xəbərdarsan, amma oğlum "Fairmont" oteldə olmadığı halda, onu guya orada olubmuş kimi qələmə verənlərdənsən. Yazıq, Allah sənin kimiləri xoşbəxt etsin ki, pislik etməyə vaxtın və həvəsin olmasın.

Baxın görün, ilk yazdığım şərh dərhal öz təsdiqini tapdı. Bizə qarşı sadəcə silahlı hücum deyil, həm də "güclü" təşkil edilmiş informasiya müharibəsi aparılır! Və biz bu dəqiqə o hücumlara cavab vermək məcburiyyətində qalmış azərbaycanlılarıq".