CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların işi daha da "ASAN"laşdı

Ülvi Mehdiyev: Daha əlçatan olmaq, müraciətlərinizi daha asan qəbul etmək məqsədilə bu gündən şəxsi "Facebook" səhifəm fəaliyyətə başlayır.
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşların şikayətini "Facebook" sosial şəbəkəsi üzərindən şəxsən özü cavablandıracaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ülvi Mehdiyev məlumat verib.

O bildirib: "Hörmətli izləyicilər, daha əlçatan olmaq, müraciətlərinizi daha asan qəbul etmək məqsədilə bu gündən şəxsi "Facebook" səhifəm fəaliyyətə başlayır. Bu səhifə vasitəsilə fəaliyyətimizə dair mütəmadi paylaşımlar edəcəm, həyata keçirilən tədbirləri Sizinlə paylaşacam. Siz də təklif, rəy və şikayətlərinizi aktiv şəkildə mənə ünvanlaya bilərsiniz".