Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.