İlin ən romantik fəslinin daxil olacağı tarix açıqlandı

Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Sputnik Azərbaycan-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.