Xəzərdə dalğalar şahə qalxıb

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin açıqladığı faktiki hava şəraiti ilə bağlı məlumatda bildirilir.

Qeyd olunur ki, sentyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahında 15 m/s-dək güclənib.