CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti Billiant Dadaşova müflişləşdi

Xalq artisti Brilliant Dadaşova deyib ki, xərclərini qarşılamaq üçün maşınını və bağını satmağa məcbur olub.
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşova pandemiyanın maddi durumuna etdiyi təsirdən danışıb.

Sputnik Azərbaycan Kult.az-a istinadən xəbər verir ki, sənətçi xərclərini qarşılamaq üçün maşınını və bağını satmağa məcbur qaldığını deyib:

"Əvvəl iki maşınımızdan birini satdıq, çünki Cahadın imkansız tələbələr üçün hazırladığı və üzərində iki ildən çox çalışdığı layihə gəlir gətirməyəcəkdi. Bunu təmənnasız etmişik. Həm də fikrimizcə, bu layihə külli miqdarda vəsait tələb edirdi. Cahad bu layihəyə başlayanda hələ pandemiyanın olacağından xəbərsiz idim. Sonra isə o layihəni tamamlamaq lazım idi. Biz də əlimizdən gələni etdik".

Xalq artisti bağ evini satmasının səbəbinə də aydınlıq gətirib:

"Ailəmiz böyük olduğuna görə Buzovnadakı şəxsi bağımızı satdıq. Onun yaxınlığında Buzovnada böyüdüyümüz atamın bağı var. Ailə üzvləri ilə ora yığışırıq. Satdığımız şəxsi bağımız isə 24 sotun içində idi. Əvvəl istədik orada hər hansı bir təsərrüfat işi görək, sonra anladıq ki, bu da böyük məbləğdə vəsait tələb edir. Koronavirus pandemiyasının olacağını bilmirdik, yoxsa əvvəldən tədarüklü olardıq. Xərclərimizə qənaət edərdik".