RUSİYA

Lavrov ABŞ-a səsləndi: "Rusiya ilə ultimatumlarla danışmaq faydasızdır"

"Moskva Vaşinqtonla yalnız bərabərlik, qarşılıqlı fayda və maraqlar balansının axtarışı əsasında əməkdaşlıq edəcəkdir"
Sputnik

 

BAKI, 18 sentyabr — Sputnik. Moskva Birləşmiş Ştatların istənilən prezidenti ilə işləməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Təbii ki, biz istənilən ölkədə, istənilən hökumətlə işləməyə hazırıq. Bu, Birləşmiş Ştatlara da aiddir", - deyə Lavrov qeyd edib.

Nazir əlavə edib ki, Moskva Vaşinqtonla yalnız bərabərlik, qarşılıqlı fayda və maraqlar balansının axtarışı əsasında əməkdaşlıq edəcəkdir.

O vurğulayıb ki, Rusiya ilə ultimatumlarla danışmağın faydası yoxdur: "Əgər bunu hələ də kimsə anlamayıbsa – yaramaz siyasətçidir".

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-ü baş tutacaq. Seçkidə əsas mübarizə ABŞ-ın hazırkı prezidenti Donald Tramp və Demokratlar partiyasının namizədi Co Bayden arasında gedəcək.