MƏDƏNİYYƏT

Xalq artisti: "Azərbaycan kinosunun biznes tərəfinin qurulmasına ehtiyac var"

Xalq artisti Vidadi Həsənov deyir ki, romantizmlə, təşəbbüslə kino qurmaq istəyəcəyiksə, heç vaxt kinomuz olmayacaq
Sputnik

“Kino da biznes sahəsidir və onu bilən mütəxəssislər yetişdirmək lazımdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a müsahibəsində Xalq artisti Vidadi Həsənov deyib.

“Bu gün Azərbaycanda kino çəkməyi bacaran adamlar var. Eyni zamanda kinonun biznes tərəfinin qurulmasına ehtiyac var. Nə vaxta qədər ki, romantizmlə, təşəbbüslə kino qurmaq istəyəcəyik, heç vaxt kinomuz olmayacaq. Kinoya pul qoyarlar, pul götürərlər. Bunlar olmasa, biz elə öz haqqımızda bədgüman danışacağıq, ya da yeri gəldi-gəlmədi tərifləyəcəyik”, – deyə Xalq artisti bildirib.

Qeyd edək ki, ötən həftə 77-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı rejissor Hilal Baydarovun festivala qatılan “Səpələnmiş ölümlər arasında” filmi heç bir yer qazanmayıb. Lakin o, Venesiya Film Festivalına qatılan və əsas mükafat üçün yarışan ilk Azərbaycan filmi kimi tarixə düşüb.

Vidadi Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz