RUSİYA

Rusiya daha dörd ölkə ilə hava əlaqəsini bərpa edəcək

Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Rusiya sentyabrın 21-dən etibarən daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti yanında Koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.

Qərargah bəyan edib ki, uçuşların dövriliyi həftədə bir dəfə olmaqla həyata keçiriləcək.