MƏDƏNİYYƏT

Ölkəmiz "Avroviziya-2021"də iştirakını təsdiqlədi

Müsabiqə gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcəkMüsabiqə gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək "Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycanın iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Samirə Efendi təmsil edəcək. Şöbə müdiri bildirib ki, mahnı hələ təsdiqlənməyib.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Avroviziya-2021" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.