Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. Fələstin əsilli amerikalı supermodel Bella Hadid "Versace" italyan brendinin siması olub.
Dünyanın ən gözəl qadını hesab olunan Hadidin iştirakı ilə çəkilən video markanın "Instagram" hesabında yerləşdirilib.
Videoda yarı uzanıqlı vəziyyətdə olan 23 yaşlı modelin çimərlik geyimində, əlində jurnalla görüntüsü əks olunub.
Bundan əlavə, reklam kampaniyasında kanadalı musiqiçi Castin Biberin arvadı Heyli Biber də çəkilib. O, dizi üstə dayanaraq, əlindəki kitabla poz verib.
Qeyd edək ki, supermodel Bella Hadid 2019-cu ildə dünyanın ən gözəl qızı elan edilib. Tədqiqatlar göstərib ki, onun üz cizgiləri ideal hesab olunub. İngiltərəli plastik cərrah Culian De Silva gözəlliyin müəyyənləşdirilməsinə elmi cəhətdən yanaşaraq onu planetin ən gözəl qadını hesab edib. O, dünya ulduzlarının dodaqları, burnu, çənəsi, alınının yerləşməsini kompüter analizi vasitəsilə hesablayaraq, ən ideal formul tapıb. Nəticədə, supermodel Bella Hadid 94,35 faizlə ideal nisbətə yaxınlaşıb.