ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə

ABŞ prezidenti Donald Tramp deyib ki, əgər Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desə, "WikiLeaks"in qurucusu Culian Assanjı bağışlayacaq.
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp "WikiLeaks"in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Reuters"ə Assanjın vəkili məlumat verib.

2016-cı ildə Demokratlar Partiyasının serverlərindəki gizli məlumatların dərc edilməsi Donald Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına təsir göstərən mənfi amillərdən biri olmuşdu.

H.Klinton özü sızmanı məğlubiyyətinin əsas səbəblərindən biri adlandırmış və serverlərin "sındırılma"sına görə rusiyalı hakerləri günahlandırmışdı.