VİDEO

Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?

ABŞ HHQ ştab başçısı Çarlz Braun elə ilk hesabatında bəyan edib ki, amerikalılar böyük müharibəyə hazırlaşmalıdır. Hətta bu döyüşlər onların ərazisində baş verə bilər.
Sputnik

Rəsmilərin fikrincə, ABŞ özünə bərabər güclü dövlətlə qarşı-qarşıya gələ, münaqişənin özü isə itkilərə görə İkinci Dünya müharibəsindən belə irimiqyaslı ola bilər. Ənənəvi olaraq mümkün rəqib rolunu Braun Rusiya və Çinə həvalə edib və bu iki ölkənin hərbi potensialının durmaq bilməyən inkişafından bəhs edib. Təəccüblüsü isə odur ki, riskləri minimuma endirmək üçün general növbəti dəfə müdafiə sahəsinin maliyyələşməsinin artırılmasını təklif edir. Onun büdcəsi onsuz da misilsiz miqyaslardadır.