CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dönərxanalarda ətin haradan alınması ilə bağlı saxta sertifikatlar görə bilərik
Sputnik

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yaradılacaq 20 dönərxana nümunəvi dönərxana kimi təqdim edilməlidir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub HüseynovSputnik Azərbaycan-a deyir ki, Azərbaycanda dönərxanalarla bağlı problemlər qalmaqdadır:

“Beş il öncə dövlət orqanları dönərxanalar üçün xüsusi standartlar hazırladı. Dönər ətinin hazırlanması üçün iki şirkətdə xüsusi avadanlıqlar quraşdırıldı. Bu müəssisələrdə hazırlanan dönər ətləri təhlükəsiz hesab olunur. Lakin bu gün fəaliyyət göstərən dönərxanaların heç bir faizi də oradan dönər əti almır. Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir. Belə dönərxanalarda ətin haradan alınması ilə bağlı saxta sertifikatlar görə bilərik. AQTA-nın belə bir təşəbbüslə çıxış etməsi çox yaxşıdır”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz