Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 17 sentyabr — Sputnik. Astarada rayonunda qadın bədbəxt hadisənin qurbanı olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Suparibağ kəndinin sakini, 1972-ci il təvəllüdlü Vəfa Əsgərova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır dərəcəli bədən xəsarətləri alıb.
Vəfa Əsgərova Təcili Tibbi Yardım avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Vəfa Əsgərovanın meyiti müayinə olunması üçün aidiyyatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.