CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan daha üç nəfər həyatını itirdi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685 test icra olunub
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685 test icra olunub.