RUSİYA

Rusiyaya getmək istəyənlərin nəzərinə - Bu ölkəyə giriş qaydaları dəyişdi

Mişustin Rusiya vətəndaşlarının yaxın qohumları siyahısına "həyat yoldaşı, valideynlər, uşaqlar, qardaşlar, bacılar, baba-nənələr və nəvələr"in daxil olduğunu bildirib
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Rusiya hökuməti xarici ölkə vətəndaşları üçün Rusiya ərazisinə giriş qaydalarını dəyişib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər ki, bunu hökumətin bu gün keçirilən iclasında Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, Rusiya vətəndaşlarının yaxın qohumları olan xarici ölkə vətəndaşları bir ilə qədər müddətdə uzunmüddətli viza ala biləcəklər: "Vizalar bir il müddətinə Rusiya vətəndaşının yazılı ərizəsi əsasında veriləcək".

Mişustin Rusiya vətəndaşlarının yaxın qohumları siyahısına "həyat yoldaşı, valideynlər, uşaqlar, qardaşlar, bacılar, baba-nənələr və nəvələr"in daxil olduğunu bildirib.

Bundan əlavə, qanunvericilikdən xarici ölkə vətəndaşının viza almaq haqqını saxlaması üçün hər üç aydan bir ölkəni tərk etməsini tələb edən norma da çıxarılacaq.