İQTİSADİYYAT

İqtisadçı: “Postpandemiya dövrünə keçid bir sıra sahələr üçün çətinliklər olacaq”

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, sahibkarlıq subyektləri və vətəndaşlar bu pandemiyadan əziyyət çəksə də, yavaş-yavaş vəziyyətdən çıxırıq
Sputnik

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın ilk vaxtlarından dünya iqtisadiyyatı post pandemiya dövrünə hazırlaşırdı: “Ölkəmizdə sərt qərarların qəbul edilməsi ilə kütləvi yoluxmaların qarşısını almaq mümkün oldu. Bunun nəticəsi olaraq Azərbaycan postpandemiya dövrünə hazırlaşan ilk ölkələrdən idi. Qeyd edim ki, sahibkarlıq subyektləri və vətəndaşlar bu pandemiyadan əziyyət çəksə də, yavaş-yavaş vəziyyətdən çıxırıq. Bunun üçün hökumət tərəfindən lazımi alət və vasitələrdən istifadə olunub. Amma post pandemiya dövrünə keçid bir sıra sahələr üçün rahat olsa da, bəzi sahələrdə çətinliklər olacaq”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz